Google yeni şirkət aldı

14 Yanvar 2014 19:00 (UTC+04:00)

France-Presse agentliyinin yaydığı məlumata əsasən, Google şirkəti ev üçün Nest Labs qabaqcıl texnika istehsalçısını 3.2 milyard dollara satın almaq niyyətindədir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Google şirkətinin baş direktoru Larri Peyc Nest istehsalçısı ilə bağlı deyib: Siz artıq onların elektrik enerjisinə qənaətcil termostatlarını və ailənizin təhlükəsizliyini təmin edən tüstü və karbon qazı datçiklərini satın ala bilərsiniz.

Nest Labs şirkəti Appleın keçmiş mühəndisləri Toni Fadell və Mett Rodjers tərəfindən yaradılıb. Fadell 2008-ci ilədək Appleda baş vitse-prezident vəzifəsində çalışıb, iPod pleyerləri və iPhone smartfonları üzərində işləyib. Rodjers iPod pleyerinin proqram təminatı üzrə aparıcı mütəxəssis olub.