Facebook onu da aldı

14 Yanvar 2014 19:40 (UTC+04:00)
Facebook Branch və Potluck onlayn proqram təminatı istehsalçısı Branch Media şirkətini satın alıb. Sazişə əsasən, Branch Media şirkəti Facebook Conversation Group bölməsinin tərkibinə daxil ediləcək. Branchın həmtəsisçisi Coş Miller öz bloqunda yazıb ki, şirkət ilkin texnologiya və məhsulları inkişaf etdirməyə davam edəcək, lakin artıq bunu Facebook miqyasında həyata keçirəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sazişin maliyyə şərtləri açıqlanmayıb.

Xatırladaq ki, Branch Media şirkəti iki il əvvəl yaradılıb. Onun həlləri internet üzərindən konfranslar keçirməyə və veb məzmunla işləməyə icazə verir. Potluck mobil tətbiqi istifadəçilər qrupuna müxtəlif mövzular üzrə ünsiyyət saxlamağa icazə verir. Hərçənd yaratdığımız məhsullar Facebook sosial şəbəkəsində əlçatan olacaq, lakin Branch və Potluck Facebook-dan kənarda mövcud olacaq – Miller yazıb.