Ronaldinyo parti verdi

14 Yanvar 2014 18:53 (UTC+04:00)

Beşiktaş ilə razılaşmaya gələ bilməyən Ronaldinyonun üç gün üç gecə təşkil etdiyi fasiləsiz partinin fotoşəkilləri yayımlanıb. Partiyə çox sayda qızı dəvət edən Ronaldinhonun qızlarla hovuzda verdiyi fotoşəkil Braziliyada günün mövzusu olub. Movqe.Az xəbər verir ki, keçmiş komandası Atletico MG ilə müqavilə imzaladıqdan sonra yenidən parti təşkil edən ulduz futbolçunun çox xoşbəxt olduğu görülüb. Braziliyada yayımlanan qəzetlər, Ronaldinyonun Beşiktaş ilə gərgin keçən transfer görüşlərindən sonra ölkəsində qalmasından son dərəcə məmnun olduğunu yazıb.