Misirdə referendum partlayış və atışma ilə keçir

14 Yanvar 2014 19:30 (UTC+04:00)

Misirin Beni-Sueyfe şəhərindəki seçki məntəqəsinin yaxınlığında islamçılarla polislər arasındakı qarşıdurmada "Müsəlman qardaşları"nın fəalı həlak olub.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı fəal kürəyindən aldığı güllə yarası nəticəsində keçinib. Misirin ayrı-ayrı şəhərlərində fəaliyyəti qadağan edilən "Müsəlman qardaşları" hərəkatının dini liderlərinin çağırışı ilə yeni Konstitusiya layihəsinə referendumu boykot etmək məqsədilə etiraz aksiyaları təşkil olunub. Bundan əvvəl Minufiya əyalətindəki seçki məntəqəsində 5 partlayıcı maddə zərərsizləşdirilib. Sadat şəhərindəki məktəb binasında da partlayıcı maddə aşkarlanıb. Səhər saatlarında isə daha bir partlayış Misirdəki məhkəmə binasında baş verib. Misir Daxili İşlər Nazirliyinin məlumatına görə, insident zamanı xəsarət alan olmayıb.


Terror aktlarının törədiləcəyi ilə bağlı naməlum "Qanın Konstitusiyası" ekstremist qruplaşması da xəbərdarlıq edib,


Xatırladaq ki, bu gün Misirdə yeni Konstitusiya layihəsi ilə bağlı ikigünlük ümumxalq referendumu başlayıb.