Gülər Əhmədovanın ayağı tutulub

14 Yanvar 2014 18:44 (UTC+04:00)
Həbsdə olan sabiq millət vəkili Gülər Əhmədova ayağı tutulub. G.Əhmədovanın vəkili Əfsər Talıbovun Movqe.az-a verdiyi məlumata görə, Ə.Talıbov Gülər Əhmədovaya ilə görüşüb. Onun sözlərinə görə G.Əhmədovanın sol ayağı tutulub: "Ürəyində ağrılar baş qaldırıb. Sol ayağı tutulub və çox çətinliklə yeriyə bilir. Onun xəstəliyi ilə bağlı hələlik dəqiq bir məlumat vermirlər".
Ə.Talıbov G.Əhmədovanın işi üzrə alpelyasiya məhkəməsinə şikayət etdiklərini də söyləyib. Xatırladaq ki, 3 dekabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib və Gülər Əhmədovaya hökm oxunub. Hakimin qərarı ilə sabiq deputat 3 il müddətində azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.