Müdafiə Nazirliyinin Mühafizə Alayının komandiri işdən çıxarılıb

14 Yanvar 2014 20:03 (UTC+04:00)

Məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov müvafiq əmri ilə Mühafizə Alayının komandiri, polkovnik-leytenant Sadiq Yəhyazadə tutduğu vəzifədən azad edilib. Bu vəzifəyə qərb bölgəsində yerləşən hərbi hissələrdən birinin komandiri təyinat alıb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.  

 

Qeyd edək ki, sülhməramlı tabor da Mühafizə Alayının tərkibində yerləşir.