Nazir tapşırıqlar verdi
14 Yanvar 2014 19:03 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və
2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət
başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı
İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib.
Movqe.az-ın Nazirliyin saytına istinadən verdiyi məlumata görə,
İqtisadiyyat və Sənaye Nazirliyinin struktur bölmələrinin və
tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş
müşavirədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 2013-cü
ildə qazanılmış iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr
barədə məlumat verib. Qeyd edilib ki, Nazirlər Kabinetinin 2013-cü
ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə
qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan
Prezidenti proqram xarakterli çıxışında 2013-cü ildə görülmüş
işlərə yekun vurub, 2014-cü ildə hərtərəfli inkişaf kursunun davam
etdirilməsi və qazanılmış uğurların daha da möhkəmləndirilməsi üçün
gələcək inkişafın əsas prioritetlərini müəyyənləşdirib. Nazirlər
Kabinetinin iclasında dövlət başçısının makroiqtisadi sabitliyin
qorunması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun
inkişafı, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, Dövlət
İnvestisiya Proqramına uyğun olaraq infrastruktur layihələrinin
davam etdirilməsi, Ələt Dəniz Ticarət Limanının birinci
mərhələsinin bu il icra edilməsi, Şəmkirçay su anbarı tikintisinin
2014-cü ildə başa çatdırılması, içməli su və kanalizasiya
təminatının yaxşılaşdırılması, qazlaşdırma səviyyəsinin
yüksəldilməsi, yol tikintisinin, o cümlədən kənd yollarının
inşasının sürətləndirilməsi, sosial obyektlərin, Bakıda keçiriləcək
I Avropa Olimpiya oyunları ilə əlaqədar idman obyektlərinin
tikintisi, regionların, eləcə də Bakı və ətraf qəsəbələrin
sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramlarının
hazırlanması, sahibkarlığa dəstək tədbirlərinin gücləndirilməsi,
generasiya layihələrinə investisiyaların cəlb edilməsi, alternativ
enerji sahəsinə investisiyaların artırılması, ərzaq
təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, kənd təsərrüfatında
intensiv metodların tətbiqi, suvarılan torpaqların həcminin
artırılması, taxılçılıq üzrə iri fermer təsərrüfatlarının
yaradılmasının davam etdirilməsi, ekoloji tədbirlərin görülməsi,
göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı
tədbirlərin davam etdirilməsi, havanı çirkləndirən müəssisələrin
siyahısının hazırlanması və təqdim edilməsi, "ASAN xidmət"
şəbəkəsinin genişləndirilməsi, korrupsiya və rüşvətxorluğa qarşı
mübarizənin aparılması və s. barədə mühüm tapşırıqlar verdiyi
vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında müasir
texnologiyalara və innovasiyalara əsaslanan sənayeləşmə siyasətinin
davam etdirilməsinə xüsusi diqqət yetirib, ölkədə sənayenin daha da
inkişaf etdirilməsi, o cümlədən texnoparkların yaradılması
sahəsində işlərin davam etdirilməsi, metallurgiya sənayesinin
inkişafı, ixracyönümlü məhsulların istehsalı, böyük sənaye
komplekslərinin, emal müəssisələrinin yaradılması istiqamətində
göstərişlər verib, 10 yanvar 2014-cü il tarixli Sərəncamı ilə
2014-cü ili "Sənaye ili" elan edib. Azərbaycan Prezidenti İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin
sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda
duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən
verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye
Nazirliyində keçirilmiş geniş müşavirədə nazirliyin 2013-cü ildəki
fəaliyyəti müzakirə olunub, qurum rəhbərlərinin hesabatları
dinlənilib. Ş.Mustafayev dövlət başçısının Azərbaycanın bütün
sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdiyi çıxışından
irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün
nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib. Belə ki,
regionların və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına
dair yeni dövlət proqramlarının geniş təhlillər və araşdırmalar
aparılmaqla hazırlanması mühüm vəzifə olduğu qeyd edilib, bu sahədə
işlərin ən qısa müddətdə başa çatdırılması üçün müvafiq tapşırıqlar
verilib. Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən,
İqtisadiyyat və Sənaye Nazirliyinə 2014-cü ilin Azərbaycan
Respublikasında "Sənaye ili" elan edilməsinə dair Tədbirlər
Planının hazırlanması barədə konkret tapşırıq verildiyini
vurğulayan nazir sənədin qısa müddət ərzində hazırlanaraq təqdim
edilməsi üçün nazirliyin müvafiq strukturlarına göstəriş verib.
Müşavirədə dövlət investisiyalarının səmərəli istifadəsinə və
infrastuktur layihələrinin icrasına nəzarətin gücləndirilməsi,
Bakı-Astara yolunun, eləcə də kənd yollarının tikintisinin
sürətləndirilməsi, bu sahədə mütəmadi monitorinqlərin keçirilməsi,
iqtisadi təhlillərin səviyyəsinin yüksəldilməsi və yeni metodların
tətbiqinin vacibliyi vurğulanıb, 2014-cü ildə sahibkarlığın
dəstəklənməsi tədbirlərinin daha da gücləndirilməsi, elekton
xidmətlərin tətbiqinin genişləndirilməsi, maarifləndirmə
tədbirlərinin, biznes forumların, işgüzar görüşlərin
səmərəliliyinin artırılması, istehlak bazarına nəzarətin,
istehlakçı hüquqlarının qorunması və süni qiymət artımına qarşı
mübarizə tədbirlərinin gücləndirilməsi, istehlakçı fəallığının
artırılmasına nail olunması barədə nazirliyin müvafiq
strukturlarına tapşırıqlar verilib.
Müşavirədə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ərzaq
təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, iri taxılçılıq
təsərrüfatlarının yaradılmasının davam etdirilməsi, yeni torpaq
sahələrinin dövriyyəyə cəlb edilməsi mühüm vəzifə kimi qarşıya
qoyulduğu və bu sahədə işlərin sürətləndirilməsinin vacibliyi
vurğulanıb.
Rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının
artırılması, ticarət əlaqələrinin daha da genişləndirilməsi, yeni
və ənənəvi bazarlara çıxış imkanlarına xüsusi diqqət yetirilməsi
əsas vəzifələrdən olduğu bir daha qeyd edilib, bu sahədə işlərin
daha da gücləndirilməsi barədə müvafiq struktur bölmələrinə
tapşırıqlar verilib.
Nazirliyin müşavirəsində ekoloji tədbirlərin sürətləndirilməsi,
göllərin, xüsusilə Böyük Şor gölünün təmizlənməsi və gələn il
layihənin birinci mərhələsinin başa çatdırılması, atmosferi
çirkləndirən müəssisiələrin aidiyyəti qurumlarla birlikdə
müəyyənləşdirilməsi və belə müəssisələrin siyahısının hazırlanması
üçün nazirliyin görəcəyi işlər müəyyənləşdirilib.
Müşavirəyə yekun vuran nazir Ş.Mustafayev Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin keyfiyyətli və
vaxtında icrasının təmin edilməsi üçün konkret tapşırıqlar verib,
müvafiq Tədbirlər Planının hazırlanması