Suriyada döyüşlərdə daha bir azərbaycanlı öldürüldü

14 Yanvar 2014 20:00 (UTC+04:00)
Suriyada Əsəd rejiminə qarşı döyüşən daha bir azərbaycanlı öldürülüb.  ANS PRESS-in verdiyi məlumata görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat verib. Həmin şəxs Rauf Xəlilovdur. O, ötən il Suriyaya döyüşmək üçün gedib. Rauf Xəlilov ölməmişdən öncə Suriyada olarkən ailəsinə video-müraciət ünvanlayıb. O, anasına müraciətində cihada qoşulduğunu və şəhid olacağını bəyan edib. Din xadimləri isə Suriyadakı müharibənin cihada aidiyyatı olmadığını deyirlər.