Avtobusun törətdiyi qəza ölümlə nəticələndi

15 Yanvar 2014 09:10 (UTC+04:00)
Bakının Xəzər rayonu ərazisində ölümlə nəticələnə yol nəqliyyat hadisəsi baş verib. Qəza Binə qəsəbəsi Südçülük sovxozunda qeydə alınıb. Metronun Qara Qarayev stansiyası ilə Südçülük sovxozu yaşayış massivi aralarında işləyən 160 saylı  xətt avtobusunun sürücüsü qəfl idarəetməni itirib və nəqliyat vasitəsi piyadaya dəyib. Zərbənin təsirindən yerə yıxılan orta yaşlarında olan naməlum şəxs hadisə yerindəcə keçinib. Dərhar əraziyə Bakı şəhər dövlət yol polis idarəsinin əməkdaşları gəlib və avtotexniki ekspertiza təyin olunub. Meyit isə müayinə olunmaq üçün tibbi ekspertiza komisiyasına göndərilib. Hadisənin baş vermə səbəbinə gəlincə hadisə şahidləri sürüdünün avtobusu yüksək sürətlə idarə etdiyini iddia edirlər.
Digər bir versiya isə yolun işıqlandırılmaamsı və görmənin məhdudluğudur.