Gecə növbəsindən gələn ər arvadını bıçaqladı
15 Yanvar 2014 09:35 (UTC+04:00)
Sumqayıtda qadının əri tərəfindən bıçaqlanaraq xəsarət alması ilə
nəticələnən cinayət hadisəsi baş verib.
ANS PRESS-in "KƏPƏZ TV"-yə istinadən məlumatına görə, hadisə
Sumqayıt şəhəri 5-ci mk ərazisində qeydə alınıb. Gecə növbəsində
işləyən Fərəc Muradov, həyat yoldaşı Cəmilə Muradovanın
hərəkətlərindən şübhələndiyindən, onun izinə düşüb. Gecə həyat
yoldaşının evdə olmadığını görən kişi, qadının gəlməsini gözləyib.
Elə hər şey də bundan sonra baş verib. Fərəc Muradov, həyat yoldaşı
Cəmilə Muradovaya nə az-nə çox, düz 7 bıçaq zərbəsi endirib.
Hadisədən sonra yaralı ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi
Yardım xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıb. Hadisəni
törədən Fərəc Muradov isə artıq saxlanılıb. Faktla bağlı araşdırma
aparılır.