Hövsanda daha bir qəza

15 Yanvar 2014 09:40 (UTC+04:00)
Bu gün Hövsan yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib."Duzlu göl"ə gedən yol ayrıcında baş verən qəzada "Toyota Prado" markalı avtomobil aşıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb sürücünün idarəetməni itirərək qəfil yoldan çıxması olub. Avtomobil yoldan çıxıb və 200 metr aralıdakı maneəyə çırpılaraq aşıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb. Hadisə yerinə Suraxanı Rayon Yol Polisi Şöbəsinin əməkdaşları gəlib. Aşan maşın evakuator vasitəsi ilə hadisə yerindən götürülüb. Sürücü isə təcili yardım vasitəsi ilə Hövsan poliklinikasına aparılıb. Faktla bağlı Suraxanı Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.