Hollande medianın suallarından boyun qaçırdı

15 Yanvar 2014 10:55 (UTC+04:00)

Prezident François Hollande məşhur aktrisayla olan münasibətini təsdiq etdikdən sonra şəxsi həyatında "çətin dövr"dən keçdiyini bildirib. Lakin Hollande şəxsi məsələlərinin özəl qalması fikrini müdafiə edərək sualları cavablandırmaqdan boyun qaçlrlb. Movqe.Az "BBC"-yə istinadən xəbər verir ki,  Cənab Hollande ilk dəfə keçən həftə mətbuat konfransında "Closer" jurnalının iddiaları haqda danışmışdı. O, Valeri Trierveillerin, onun fevralda ABŞ-a səyahətindən əvvələ qədər hələ də birinci xanım olduğunu bildirib. O, fevralın 11-də Vaşinqtona səfər etməyi planlaşdırır. Prezident sarayında yüzlərlə jurnalistlə qarşılaşan Cənab Hollande "nə olduğu vaxt, nə də yer" barədə şəxsi həyatı ilə bağlı olan sualları cavablandırıb. O, aktrisa Qayet ilə olan "hörmətsiz" sualları cavablandırmayacağını qeyd edib.

Xatırladaq ki, xanım Trierveiler cümə günündən bu yana xəstəxanadadır.

Hazırda fransız cəmiyyətini maraqlandıran başqa bir məsələ "closer" jurnalı tərəfindən irəli atılan , xanım Trierveillerin harada yaşayacağı iddiasıdır. Belə ki, o, Elysee sarayında, 6 heyətlə və xalqın puluyla yaşayır. Fransız mediası "ciddi şəxsi həyat qanunları"in olduğunu, lakin bu qanunların son dövrlərdə işləmədiklərini söyləyib.