Facebook-dan ən son yenilik!

15 Yanvar 2014 11:20 (UTC+04:00)

Facebook Rusiyanın böyük axtarış mühərriki Yandexlə öz istifadəçiləri barədə olan ictimai məlumatları palaşmağa razılıq verib. Bu haqda Movqe.Az BBC-yə istinadən xəbər verir.  Müqavilə Yandex-ə Rusiya, Türkiyə, habelə, MDB ölkələri- Ukrayna, Belarus və Qazaxıstan isitifadəçiləri haqqında tam ictimai məlumatları verəcək. Bu məlumatlara istifadəçilərin ismarıcları və şərhləri də daxildir. Əgər "şəxsi" (private) düyməsini seçsəniz,  bu zaman nə profiliniz, nə də ismarıclarınız axtarışda üzə çıxa bilməyəcək. Bu fəaliyyətdən gözlənilən isə, Yandex axtarış nəticələrini inkişaf etdirmək və Rusiyadakı Facebook qarışıqlığına son qoymaqdır. "Yaxın gələcəkdə, Yandex axtarış nəticələri təkcə Facebook istifadəçilərinin ismarıclarını deyil, digərlərinin də onlara olan şərhlərini  göstərəcək. İstifadəçilər sosial şəbəkədə cari xəbər hadisələrinin başlığı, son xəbərlər haqqında məlumat əldə edə biləcək" Yandex belə açıqlama verib.