Müğənni və modelin eyni geyimi qalmaqal yaratdı-FOTO FAKT

15 Yanvar 2014 12:00 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, müğənni Çingiz Mustafayevin geydiyi geyim söz-söhbətə səbəb olub. Belə ki, müğənninin geyimini fotomodel Süleyman Tənaxirli öz səhifəsində paylaşaraq müğənninin də eyni geyimdən geyindiyini bildirb. Məsələ uzanıb, rəy bildirənlər arasında hətta dava da düşüb. Model əsəbləşərək statusu silib. Mövqe.az-a bu barədə danışan T.Süleyman bildirib: " Mən Çingiz Mustafayevində aldığı geyimlə öz geyimimi gördüm, oxşarlıq var deyə, paylaşdım. Sonradan bəzi xoşagəlməz kommentlər oldu deyə, əsəbləşib şəkli  sildim. Ancaq mən bu paltonu da sumkanı da çoxdan almışam".

Model sumkanın və paltonun qiymətini də açıqladı: "Yerli dükanların birinndən paltonu 170 AZN-ə, sumkanı isə 99 AZN-ə almışam. Düzgünlüyü xoşladığım üçün tam səmimi deyirəm".