Movqe.Az xəbər verir ki, Təhsil naziri Misir Mərdanov gələn tədris ili üçün rus dilinin tədrisi proqramının hazırlanmasını, eyni zamanda Azərbaycanda rus liseylərinin yaradılmasını təklif edib.
Nazirliyin rəsmi saytına istinadən bildirilir
ki, bu barədə nazir MDB məsələləri üzrə Federal Agentliyin rəhbəri
Konstantin Kosaçevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə
deyib.
Görüşdə Rusiyanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin və Rusiya
İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Ənvər Şeyxov iştirak
ediblər.
Misir
Mərdanov Azərbaycanla Rusiya arasında
mövcud olan əlaqələrin bütün istiqamətlərdə, xüsusi ilə təhsil
sahəsində sürətlə inkişaf etdiyini bildirib.
Son zamanlar Azərbaycanda orta ümumi təhsil məktəblərində rus
dilinə marağın artdığını qeyd edən nazir ötən əsrin 90-cı illərinin
əvvəllərindən fərqli olaraq hazırda rus dilinin öyrənilməsinə
diqqətin gücləndiyini vurğulayıb.
Təhsil naziri gələn tədris ili üçün rus dilinin tədrisi proqramının
hazırlanmasını, eyni zamanda Azərbaycanda rus liseylərinin
yaradılmasını təklif edib və bu məsələyə dair qonaqların fikri ilə
maraqlanıb.
Azərbaycanda rus dilinin tədrisi vəziyyətindən razı olduğunu
deyən Konstantin
Kosaçev hər hansı bir ölkədə rus dilinin
inkişafı üçün praktiki iş və peşəkar mütəxəssislərin tələb
olunduğunu qeyd edib.
Türkan Nadirqızı
Movqe,Az