Millət vəkilindən kənddən qaçan qızlarla bağlı açıqlama

15 Yanvar 2014 12:52 (UTC+04:00)

"Əvvəlki illərə müqayisədə Bakıya rayonlardan axın azalsa da, indi gənclərin çoxu paytaxtda yaşamağa meyil göstərir. Artıq kənd yerlərindəki qızlar inək sağmaq istəmir, şəhər həyatını əyləncəli hesab etdiklərindən Bakıya gəlirlər.Elə bununla da çox gəncərin həyatı bədbəxt olur. İlluziyalara aldanaraq yüngül həyat tərzinə meyillənirlər".

Bu sözləri Movqe.az-a açıqlamasında  Millət vəkili Tahir Rzayev söyləyib. T. Rzayev gənclərin kənd həyatından qaçıb şəhərdə yaşamasında texnologiyanın, internetin də təsiri danılmazdır: "Kənddə yaşayan gənclər hesab edirlər ki, kənddə əyləncə yoxdur və bu səbəbdən şəhərə qaçıb gəlirlər. Belələri daha çox yüngül tərbiyyəli qızlardır. Əslində əvvəlki illərlə müqayisədə kənd yerlərində yaşamaq üçün şərait daha yaxşılaşıb. İndi ən ucqar kəndə də qaz verilir. Amma gənclər nəsə zəhmətdən qaçırlar. Daha düşünmürlər ki, şəhərin problemləri kənddəkindən dəfələrlə çoxdur. Şəhərdə bahalıqdır, yaşamaq üçün yerdən tutmuş işə qədər hamısı problemdir. Kənddə isə zəhmət çəkən insanlar yaxşı yaşayırlar. İndiki kənd yerlərindəki gənclər qayğıdan da uzaq olmaq istəyirlər. Elə bilirlər ki,kənddə qayğılardan azad olub şəhərə gələndə xöşbəxt olacaqlar. Amma əslində bədbəxt olurlar".