Türkiyənin məşhur aktrisası yeni seriala çəkiləcək

15 Yanvar 2014 12:57 (UTC+04:00)

İllərə meydan oxuyan Türkiyənin məşhur aktrisası Nebahat Çehre ötən gün Nişantaşında görüntülənib. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, olduqca zövqlü geyinən aktrisa paparatzilərə tuş gəlib. A.Ş.K adlı serialın sona çatması ilə əlaqədar istirahət etmək qərarına gələn aktrisa jurnalistlərin suallarını cavablandırıb və bildirib ki, gələn həftə yeni serialın çəkilişlərinə başlayacaq.