Millət vəkilindən minaya düşən direktora dəstək
15 Yanvar 2014 13:17 (UTC+04:00)
Movqe.az-ın xəbərinə görə, millət vəkili Qənirə
Paşayeva Tovuz rayonunun minaya düşən Qaralar kənd
sakini,kənd Mədəniyyət evinin direktoru Hidayət Müseyibovla telefon əlaqəsi saxlayıb. Bu barədə millət
vəkili sosial şəbəkədəki profilində bunları yazıb:
" Bir az əvvəl
millət vəkili olduğum Tovuz rayonunun Ermənistanla sərhəddə
yerləşən Qaralar kənd sakini və sərhəd ərazidə minaya düşərək
yalanan qardaşımız Hidayət Müseyibov ilə danışdım. Bu xəbəri eşidən
kimi çox üzülmüşdük. Həkimlər hər şeyin qaydasında olacağını desə
də çox narahat idik. Çox şükr əməliyyatı uğurlıu keçdi. Mina
partlaması nəticəsində itirdiyi ayaq baş barmağı amputasiya olunsa
da ayağı həkimlər xilas ediblər. Ayaq falanqalarında və inci
sümüyündəkisınıqlarla bağlı şina qoyulub və
xəstə yavaş-yavaş yaxşılaşmağa başlayıb. Telefonla danışdıq ,
keçmiş olsun diləklərimi söylədim və bir az söhbət etdik. Çox şükr
yaxşı qurtarıb daha betəri də ola bilərdi. İnşallah bir daha belə
bir acı yaşamaz. Rayon mərkəzi xəstəxanasının baş həkimi, əməliyyat
və müalicə həkimləri ilə tez-tez danışırıq inşallah yaxın günlərdə
tamam sağalaraq evinə dönəcək. Hidayət qardaşa lazımı tibbi yardımı
edən həkimlərimizə də təşəkkür edirəm. Hidayət qardaşımıza bir daha
keçmiş olsun və Yaradan o da daxil olmaqla insanlarımızı bu cür
bəlalardan qorusun".