DİN-dən “Şəfa-Broyler” şirkətinin müdirinin ölümü barədə
15 Yanvar 2014 15:06 (UTC+04:00)
Daxili İşlər Nazirliyi "Şəfa-Broyler" şirkətinin
müdirinin ölümü barədə məlumat yayıb. Nazirliyin mətbuat
xidmətindən Movqe.az-a verilən məlumata görə, Suraxanı rayonundakı
"Şəfa-Broyler" şirkətinin ərazisində, oranın işçisi, Gürcüstan
vətəndaşı Ramiz Mustafayev idarə etdiyi "Mercedes" markalı
avtomobili arxaya verərkən şirkətin müdiri, Bakı şəhər sakini Taleh
Tağıyevi divara sıxıb. T.Tağıyevi hadisə yerində
ölüb.
Suraxanı rayon Polis İdarəsi tərəfindən
əməliyyat-axtarış tədbirləri aparılır.