Cennifer Lopez sevgilisi ilə bağlı açıqlama verib

15 Yanvar 2014 16:07 (UTC+04:00)

Məşhur pop-ulduz Cennifer Lopez açıqlması ilə hamını təəccübləndirib. Mövqe.az xarici KİV-ə istinadən bildirir ki, ulduz sevgilisi Kasper Smartla ailə həyatı qurmaqı düşünmədiyini söyləyib. "Hələ ki bilmirəm. Mən həmişə ailənin müqəddəs bir məfhum olduğuna inanmışam, indidə inanıram. Ama bu çox çətin məsələdi. Mənim həyatımda uğursuz ailə həyatım olub. Amma mən bizim sevgiyə inaniram, elə əsas da budur". Həmçinin Cennifer bildirib ki, onun sevgilisi Smart Mark Entoniynən uğursuz ailə həyatından sonra ona çox kömək edib. Kasper həmçinin Lopezə uşaqlarının tərbiyəsində də köməklik göstərir.