Kristiano Ronaldo haqqındakı xəbər yalan çıxdı

15 Yanvar 2014 16:26 (UTC+04:00)

Dünyaca məşhur futbolçu Kristiano Ronaldo dünən "Qızıl Top" mükafatına layiq görülüb. Mövqe.az xarici KİV-ə istinadən bildirir ki, mərasimdə Ronaldonun yanında sevgilisi İrina Şeyk və oğlu olub. Mükafatı aldıqdan sonra hamıya öz təşəkkürünü bildirən futbolçu İrinaya "həyat yoldaşım" deməklə hamını təəccübləndirib. Lakin, bu gün məlumatın yalan olduğu bilinib. Belə ki, Ronaldo tədbirdə portuqal dilində danışdıqından onun danışığını ingilis dilinə tərcümə edən tərcüməçi səhv buraxıb. Qeyd edək ki, tərcüməçi "sevgilim" sözünü "həyat yoldaşım" sözü ilə səhv salaraq şayənin yayılmasına səbəb olub.