Mikroavtobus uçurumdan aşdı

15 Yanvar 2014 17:29 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Çinin cənubundakı Yunnan əyalətində mikroavtobusun uçurumdan düşdüyü qəzada 12 nəfərin həlak olduğu bildirilib.

Şinhua agentliyinin xəbərinə görə mikroavtobus, əyalətin paytaxtı Kunmingə  tabe Luçün qəsəbəsindəki Şinsao kəndindən Malutang kəndinə doğru yol aldığı sırada dağlıq bölgə üzərində 100 metr dərinliyindəki uçuruma düşüb.


Qəza nəticəsində vasitədə olan 12nəfərin hamısının öldüyü deyilib.