Azərbaycanda qardaş qardaşı öldürdü

15 Yanvar 2014 18:15 (UTC+04:00)

Bakıda qardaş qardaşı qətlə yetirib.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun  Ağa Nemətulla küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Zahir Əsəd oğlu Əsədov aralarında yaranan münaqişə zəminində qardaşı, 1961-ci il təvəllüdlü Vahid Əsədovun baş nahiyəsinə linglə vuraraq qətlə yetirib.

Hadisəni törədən Z. Əsədov könüllü olaraq polisə təslim olub.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.