Avrozonada işsizlik səviyyəsi maksimum həddə çatıb

1 İyun 2012 20:49 (UTC+04:00)
Rusiya mətbuatı xəbər verir ki, bu, Avrozonada işsizliyin maksimum həddidir. "Reuters" agentliyinin məlumatına görə, bu göstərici borc böhranının dağıdıcı nəticələrinin göstəricisidir.
Aprel ayı ərzində 17.4 milyon avropalı işsiz qalıb. 1995-ci ildən indiyə qədər işsizlik bu səviyyədə olmayıb.
Iqtisadçılar qeyd edirlər ki, işsizliyin bu həddə çatması Avrozonada istehsalın kəskin şəkildə azalması ilə bağlıdır.