Huawei-dən yeni telefon

15 Yanvar 2014 18:08 (UTC+04:00)

Huawei , 5.5 düym ekranlı ağıllı telefon B199 ilə digər ağıllı cihazlara da enerji dolurmağı bacaracaq.

Movqe.Az xəbər verir ki, Çin mərkəzli ağıllı telefon və şəbəkə cihazları istehsalçısı "Huawei" , yeni nəsil ağıllı modelləriylə istifadəçisini çaşdırmağa davam edir . Ötən günlərdə həyata keçirilən CES 2014 sərgisində texnologiya sevərlərin marağını üzərində toplamağı bacaran Huaweidən yeni bir ağıllı telefon  gəlir. Aprel ayında satışa çıxarılması gözlənilən ağıllı model B199-in , əvvəlki nəsil ağıllı modeli A199'-n inkişaf etdirilmişi olaraq , Cüt SIM kart və digər ağıllı cihazları da enerjiylə təminetmə xüsusiyyəti diqqət çəkir. Yüksək tutumlu batareya gücü ilə istifadəçisinin könlünü fəth edən Huawei , qutu içərisinə daxil edilən USB ara kabeli ilə digər ağıllı cihazları da enerjiylə təmin edə bilir . 1.6 GHz sürətində əməliyyat reallaşdıran 4 nüvəli Snapdragon prosessoruyla yanaşı  5.5 düym ekran ölçüsüylə istifadəçi qarşısına çıxmağa hazırlaşan B199-un , 720p həllolma dəqiqliyi də var. 2 GB Ram və 16 GB daxili saxlama sahəsi təqdim edən Android əməliyyat sistemli ağıllı telefonun etiket qiyməti isə 339 ABŞ dolları olaraq təyin olunub.