Acunun sevgilisindən inanılmaz açıqlama
15 Yanvar 2014 19:45 (UTC+04:00)
Türkiyənin məşhur aparıcısı, prodüseri, TV8-in
sahibi Acun evlilikdən kənar münasibətlərindən bir qız övladı
dünyaya gətirən sevgilisi Şeyma Subaşıya hədiyyə olaraq mağaza
bağışlayıb.
Milli.Az xəbər verir ki, anspress-in Türkiyə
mətbuatına istinadən verdiyi məlumata görə, aylıq kirayəsi 20 min
lirə olan məkandan gələn pulla ticarəti genişləndirməyi düşünən
Şeymanın açıqlamaları da təəccüb doğurub:
"Acun mənimlə evlənəcək. Həyat yoldaşından boşana
bilmir, amma mənə söz verib. Qızımı atasız böyütmək
istəmirəm".
Acun sevgilisi üçün daha əvvəl də Nişantaşında bir
mağaza alıb.
Xatırladaq ki, Zeynəb İlıcalı 2010-cu ildə
Acunun Şeyma ilə münasibətlərindən xəbər tutanda "Mənə xəyanət
etdi" deyərək boşanmaq üçün məhkəməyə müraciət edib. Amma daha
sonra cütlük yenidən barışıb.