Qlobal Windows Phone bazarında 1.6 faiz paya sahib olan Samsungun , yoluna yalnız Android ilə davam etmək istəmədiyi iddia edilir. Bu iddiaları gücləndirən səbəbin adı , "SM- W750V"dur . Movqe.Az xəbər verir ki, Nokia , 2013-cü ilin sonunda ortaya qoyduğu yüksək performansla Windows Phone bazarının 92.1-ni ələ keçirmiş vəziyyətdədir. Ağıllı telefon bazarının 82 faizinə malik olan Android ilə yoluna davam edən Samsung isə "Google" ilə yanaşı digər markalarla olan əməkdaşlıqdan da qazancını artırmaq istəyir.
WPcentral saytının xəbərinə görə , haqqında çox məlumat olmayan SM- W750V , Samsungun 2014-cü ildə təqdim edəcəyi Windows Phone əsaslı telefon olacaq .
Bluetooth markasının sahibi Bluetooth SIG şirkətinin saytında verilən məlumata görə , SM- W750V-in Şimali Amerikada satışa çıxarılacağı dəqiqdir. Digər məlumatlar , telefonun 5 düym genişlikdə və 1080p ekrana sahib olacağı istiqamətindədir.