Yunanıstan xariciləri istəmir

1 İyun 2012 20:02 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Yunanıstanda xaricilərə qarşı düşmənlik və irqçilik son həddə çatıb. Beynəlxalq əfv Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Mühacirlərin Ali Komissarlığı, yaydıqları hesabatlarda vəziyyətin həssaslığını xüsusi qeyd ediblər. Maliyyə böhran və siyasi sabitsizliyin, ölkənin illərdir davam edən immiqrant problemini daha da qızışdırdığı deyilir.
BMT Mühacirlərin Ali Komissarlığı Yunanıstan Nümayəndəsi: "Maliyyə böhranla birlikdə xaricilərə qarşı düşmənçilik də artdı. Yunanlar, xariciləri ölkədən qovmaq kimi asan həll yolu axtarırlar. Təbii ki, bu problemləri həll etməz, amma cəmiyyət nizamı pozulmuş və iqtisadi çətinliklərlə üzləşən bir ölkədə bu tərz fəaliyyətlər normal qarşılamalıdır."
Xaricilər yalnız cəmiyyət tərəfindən pis rəftar görmür. Yunan polisinin də qeyri-qanuni immiqrantlara qarşı başladığı son əməliyyatlarda, onlara nov tərəfindən kobud davranıldığı deyilir.