İranın Xarici işlər naziri Əsədlə görüşdü

15 Yanvar 2014 19:25 (UTC+04:00)

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif Yaxın Şərq ölkələrinə səfəri çərçivəsində Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Görüşün məqsədi "Cenevrə-2" sülh konfransının müzakirəsidir.

Movqe.az-ın RİA "Novosti"yə istinadla verdiyi xəbərə görə, bu barədə İRNA agentliyi məlumat yayıb.

İranın Xarici siyasət idarəsinin rəhbərinin, həmçinin Suriyanın Baş naziri Vail əl-Halki ilə görüşdüyü bildirilir.

SƏNA agentliyinin məlumatına əsasən, bütün tərəfləri "hər kəs üçün təhlükə demək olan terror və ektremizmlə mübarizəyə" səsləyən M.C.Zərif Suriyadakı vəziyyətin normallaşmasına kömək məqsədilə müxaifətlə də danışıqlarda iştirak edəcəyini söyləyib.

Bildirək ki, iranlı nazir Dəməşqə İordaniyadan gedib. Bundan sonra onun İraqa səfəri planlaşdırılır.