Tanınmış repçi quldurluqda ittiham olunur

15 Yanvar 2014 22:31 (UTC+04:00)
Beverli Hills polisi tanınmış repçi Kanye Uest haqqında istintaqa başlayıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, repçi adam döyməkdə ittiham olunur.

Polis serjantı Corc Demaruanın sözlərinə görə, bu barədə təsadüfi şahidlər polisə məlumat veriblər. Dava bazar ertəsi səhər Uilşir bulvarındakı ofis binasının qarşısında baş verib. Polis gələndə isə tanınmış repçi qaçaraq aradan çıxıb.