“Əli Kərimli Elçibəyi təhqir edən jurnalistlərə pul verirdi”

15 Yanvar 2014 19:35 (UTC+04:00)

Müsavat Partiyası ilə AXCP arasında gedən mübahisələrə digər partiyaların nümayəndələrini də cəlb ediblər. AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov "Azadlıq" qəzetində "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun əleyhinə yazdığı yazıda BAXCP sədri Qüdrət Həsənquliyevlə, BAXCP sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlının da adını çəkib.

Bununla bağlı mətbuata acıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib ki, məsələ burasındadr ki, Əli Kərimlinin Əbülfəz Elçibəyə qarşı apardığı kampaniyanın şahidlərindən biri də Natiq Ədilov olub: "Bütün proseslər bu adamın gözü qarşısında baş verib. Mən 1996-2000-ci illərdə Əbülfəz bəyin sədr olduğu AXCP-də Gənclər Komitəsində şöbə rəhbəri olmşam. Həm də "Günaydın" qəzetinin parlament müxbiri idim. İndi mən nə edim ki, həqiqətən də Əli Kərimli Əbülfəz Elçibəyə qarşı ən iyrənc kampaniya aparırdı. Natiq Ədilov, Xədicə İsmayıl və s. kimi şəxslər də Əli Kərimlidən aldıqları pulla evlərinə çörək aparırdılar. Sizlər Elçibəyi təhqir edib pul qazananlar olmusunuz. Bunu hamıdan yaxşı özünüz bilirsiniz. O vaxt rəhmətlik Mahir Səmədov "Ulus" qəzetində "Yurd"un mətbuat şəbəkəsinin siyahısını dərc etmişdi. Natiq Ədliov, Xədicə İsmayılova həmin siyahıya başçılıq edirdi. Bir dəfə partıyanın iclasında həmin jurnalistərlə bağlı Əbülfəz bəydən soruşdular ki, sizin əleyhinizə yazan bu jurnaslistlərə Əli Kərimli başcılıq edir, bu haqda nə deyə bilərsiniz? Bəy cavabında bildirdi ki, bu adamlar məni söyməklə evlərinə çörək aparırlar. İndi nə edim? Çörəklərini kəsdirim?".

BAXCP sədrinin müavini həmin dövrdə "Yurd"a qoşulmadan imtina etdiyini də bildirib: "Mən Əli Kərimlinin pullarının qarşısında kişi kimi dayanmağı bacardım. Əbülfəz bəyə qarşı heç vaxt xəyanət etmədim. Bunu hamı bilir. Əli Kərimli isə Əbülfəz Elçibəyə, Qüdrət Həsənquliyevə, Əliməmməd Nuriyevə, Əli Məsimliyə, Fazil Müstafaya, Asim Mollazadəyə, Ali Mustafayevə, İbrahim Vəliyevə, Arif Paşaya, Novella Cəfəroğluna, Qulamhüseyn Əlibəyiyə, Nizami Quliyevə, Qorxmaz İbrahimliyəyə və yüzlərlə Yurdun üzvlərinə xəyanət edib".