Məktəbli özünü 7-ci mərtəbədən atdı

15 Yanvar 2014 18:50 (UTC+04:00)

Bakıda intihara cəhd edən oğlanın kimliyi məlum olub. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün axşam saatlarında, Babək prospekti-94 ünvanında yaşadığı binanın 7-ci mərtəbəsindən özünü ataraq intihara cəhd edən yeniyetmə 1997-ci il təvəllüdlü İsmayıl Raqif oğlu Əhmədovdur. R. İsmayılov ağır xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Polisdən, həmçinin bildirilib ki, R. İslamov Nərimanov rayonunda yerləşən 34 saylı məktəbin 11-ci sinif şagirdidir.