Ər-arvadı maşın vurub

15 Yanvar 2014 19:17 (UTC+04:00)

Bakıda avtomobil yolu keçən ərlə arvadı vurub. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi bu gün saat 18.00 radələrində Babək prospekti-76 a ünvanında  qeydə alınıb. 1987-ci il təvəllüdlü Ülfət Sultan oğlu Hüseynov idarə etdiyi 90 VN 560 dövlət nömrə nişanlı "Lada" markalı avtomobillə yolu keçmək istəyən Loğman İlyas oğlu Əliyevi və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Laləzar Həsən qızı Əliyevanı vurub. Hər iki piyada ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.