Şəbəkələr yoluyla kompüterlərə casus proqramı yerləşdirilir

16 Yanvar 2014 14:20 (UTC+04:00)

"New York Times" qəzetinin NSA sənədləri və mütəxəssislərə istinadən verdiyi xəbərinə görə , ABŞ xaricindəki ölkələrdə reallaşdırılan tətbiqdə ümumiyyətlə şəbəkələr yoluyla daxil olunan komputerlərə cəsus proqramı yerləşdirilir.  Movqe.Az xəbər verir ki, NSA-ın bəzi kompüterlərə isə internetə heç bağlanmasa belə cəsus proqramını müəyyən yolla yükləyərək internet çıxışı olmayan komputerlərin içində olan məlumatları da əldə edə bildiyi və bunları dəyişdirə bildiyi qeyd edilib.  NSA-ın 2008-ci ildən bəri tətbiq etdiyi və radio tezliklərinin istifadə olunduğu bu texnologiya , şəbəkələr vasitəsilə və ya USB kartları ilə gizlicə proqramın yerləşdirildiyi kompüterə internetə bağlı olmasa belə, kilometrlərlə uzaqdan radio tezlikləri ilə köçürmə əldə edə bilir.

 Xəbərdə , ABŞ-ın bu texnologiya ilə məlumat yığdığı ən əhəmiyyətli hədəfləri arasında kiber hücumlar səbəbindən davamlı şikayət etdiyi Çin ordusu , Rus ordusu , Meksika polisi və narkotik kartelləri , AB-in iqtisadi qurumları , Səudiyyə Ərəbistanı , Hindistan və Pakistan kimi ölkələr yer alıb.