Ağcabədidə beş mina, bir ədəd tank mərmisi tapılıb

16 Yanvar 2014 13:39 (UTC+04:00)

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və "Dayaq" təşkilatı tərəfindən Ağcabədi rayonunda 5 ədəd mina və tank mərmisi tapılıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, əməliyyatlar zamanı tapılmış minalardan üçü TM-57, ikisi TM-62 markalı tank əleyhinə mina olub. Bundan başqa, müharibə dövründən qalmış 100 mm-lik bir ədəd  tank mərmisi aşkarlanıb.

 

Döyüş sursatları bu gün təhlükəsiz əraziyə aparılaraq partlayış yolu ilə zərərsizləşdiriləcək.