Xaçmazda narko tacir ələ keçdi

16 Yanvar 2014 14:39 (UTC+04:00)

Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz satışı və qəbulu ilə məşğul olmaqda təqsirləndirilən şəxs saxlanılıb. Xaçmaz RPŞ-dən APA-nın yerli bürosuna verilən məlumata görə, Xaçmaz rayonu, Müqtədir qəsəbə sakini, 1988-ci il təvəllüdlü Siracov Elmar Nəcməddin oğlu qurudulmuş marixuananı satarkən polis əməkdaşları tərəfindən yaxalanıb. Onun üzərinə baxış keçirilərkən şəxsi istehlak miqdarında artıq qurudulmuş marixuana aşkarlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.