Apple geri ödəmə edəcək!

16 Yanvar 2014 15:56 (UTC+04:00)

Texnologiya nəhəngi Apple , uşaqlarının ailələrindən icazəsiz olaraq endirdiyi mobil proqramlar üçün istifadəçilərə 32.5 milyon dollar pul ödəyəcək. Movqe.Az xəbər verir ki, Apple , tətbiq mağazasının şifrə girişi ilə edilən alış-verişlərdən sonra, yenidən şifrə girmədən alış-veriş etməyə icazə verən 15 dəqiqəlik müddət ərzində , uşaqlarının onların razılığı olmadan tətbiq endirən müştərilərinə 32,5 milyon dollardan çox pul geri ödəməyi qəbul edib. Federal Ticarət Komissiyası ( FTK) və Apple arasında edilən anlaşmaya görə , zərər çəkmiş müştərilərin ödəniş çekləri yenidən təşkil ediləcək. Apple həmçinin, tətbiq mağazasının sistemində mart ayına qədər lazımı inkişaf etdirmələri edəcək. Sözügedən tətbiqin qurbanı olduğunu düşünənlərin Apple ilə əlaqə qurmaları , ediləcək şikayətlərin 32,5 milyon dolları keçməməsi vəziyyətində şirkət aradakı fərqi FTK-nə ödəyəcək.


Müqavilənin , keçən il 10 milyard dollardan çox satış rəqəmi tutaraq rekord qıran  App Store 15 dəqiqəlik açıq pəncərəsi haqqındakı şikayətlərdən sonra bağlandığı bildirilib. Bəzi ailələr uşaqlarının razılıqları olamadan yüzlərlə dollar alış-veriş etmələri səbəbiylə pullarının qaytarılmasını tələb etmişdi.