Röya əsəbləşdi: " Mənim toyum deyil ! "

16 Yanvar 2014 16:51 (UTC+04:00)
Müğənni Röya Ayxan konserti ilə bağlı xəbərdarlıq edib. Mövqe.az xəbər verir ki, sosial şəbəkədə belə bir status paylaşan müğənni bildirib: 


"Yanvarın 28,29, 30, 31-i mənim toyum deyil, konsertimdir. Əziz dostlarım məndən dəvətnamə gözləməyin. Şəhərdəki kassalara yaxınlaşıb alın. Sizi pis öyrəşdirmişəm, bu dəfə əlinizi cibinizə salın".