Bərdədə qəbiristanlıqda yanğın baş verib

16 Yanvar 2014 18:20 (UTC+04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Gərənə kəndində baş verib. Günorta saatlarında başlayan yanğın bir hektardan yaxın ərazini əhatə edib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin bir necə avtomobili gəlib, alovun qarşısı vaxtında alınıb. Qəbirlərə heç bir zərər dəyməyib. Hadisənin törənmə səbəbləri bilinməsə də, ilkin ehtimala görə, yanğın azyaşlı uşaqların ehtiyatsız davranışı üzündən baş verib və alov məzarlığı bürüyüb.