Təhsil Nazirliyindən maraqlı statistika

16 Yanvar 2014 18:10 (UTC+04:00)

Təhsil Nazirliyi ötən il Azərbaycanın təhsil müəssisələrinə verilən sənədlərin sayını açıqlayıb.  Nazirlikdən APA-nın sorğusuna verilən cavab bildirilib ki, hər il olduğu kimi, 2013-cü ildə Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrinə müəyyən sayda sənədlər təqdim olunub. Belə ki, 2013-cü il ərzində təhsil müəssisələrinə 97 452 tam orta təhsil haqqında attestat, 115 914 ədəd ümumi orta təhsil haqqında şəhadətnamə, 7790 ədəd orta ixtisas təhsili haqqında diplom, 22 011 ədəd bakalavr diplomu, 2320 ədəd magistr diplomu, 1326 ədəd mütəxəssis (5 illik) diplomu verilib.