Seyran Ohanyan Ermənistan ordusundakı intizamsızlıqdan danışdı

16 Yanvar 2014 19:18 (UTC+04:00)

Region Ermənistanın müdafiə naziri Seyran Ohanyan sıravi əsgər Hayk Ovannisyanın xəstəlikdən ölməsindən danışıb.

Movqe.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, meningit xəstəliyindən öldüyünü bildirib. "Əsgər həkimə müraciət edib. Ancaq xəstəlik sürətlə inkişaf etdiyindən onun qarşısını almaq mümkün olmayıb. Ancaq xəstəlik daha əvvəl də müəyyən edilə bilərdi", - deyə Seyran Ohanyan vurğulayıb.

Ermənistan müdafiə naziri ordudakı zorakılıq hallarından da danışıb. Seyran Ohanyan bunun köklərinin əsgərlərin nizam-intizamının aşağı səviyyədə olmasına gedib çıxdığını deyib. S. Ohanyan bununla orduda olan neqativ hallara haqq qazandırılmamalı olduğunu qeyd edib.