Ermənilər Türkiyəyə qarşı aksiyaya hazırlaşır

16 Yanvar 2014 18:23 (UTC+04:00)

Ermənilər yanvarın 26-da  Türkiyənin Avropa Birliyinə girmə cəhdlərinə qarşı etiraz aksiyası keçirməyə hazırlaşır.

Buna bənzər etirazlar Fransadakı Ermənistan Təşkilatı Əməkdaşlıq Şurası tərəfindən də Montpellier, Lion və Marseldə təşkil ediləcək.

Movqe.Az Ermənistan mətbuatına istinadən bildirir ki, aksiya Fransa Prezidenti F.Ollandın Türkiyəyə yaxın zamanda edəcəyi ziyərətin tarixiylə üst-üstə düşür.