AKP Gülənə yaxın millət vəkilini partiyadan kənarlaşdırdı

16 Yanvar 2014 19:45 (UTC+04:00)

AKP-nin idarə heyəti, millət vəkili Məhəmməd Çətini partiyadan xaric edib.

Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, millət vəkilləri şikayət edərək Çətini partiyaya zərər verməkdə günahlandırıb. Çətindən şikayət edən millət vəkilləri "O bizim partiyamıza ziyan vurur. Danışıqları partiya arasında fitnə yaradır."- deyiblər.

AKP bu qərarı şikayətlərdən sonra sonra qəbul elədiyini bildirib.

Çətin AKP içində Gülən camaatına yaxınlığı ilə tanınır.