İcra nümayəndəsi qız qaçırdı

16 Yanvar 2014 18:55 (UTC+04:00)
Şabran rayonunda icra nümayəndəsi qız qaçırıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Zeyvə ərazisinin icra nümayəndəsi Şəmsi Baryamov qızın valideynlərinin icazəsi olmadan bu addımı atıb. Rayon polisindən bu barədə məlumatsız olduğu bildirilsədə, Şabran icra hakimiyyətindən faktı təsdiqləyiblər. İcra Hakimiyətinin ərazi idarəetmə şöbəsinin rəhbəri İlkin Həsənov hadisənin 10-15 gün əvvəl baş verdiyini bildirməklə yanaşı, qız qaçıran icra nümayəndəsinin bunu evlənmək məqsədilə etdiyini deyib.İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Fikrət Nuşiyev icra nümayəndəsinin qız qaçırmasından ancaq şifahi məlumatlı olduğunu bildirib: "Bu barədə icra hakimiyyətinə heç bir şikayət daxil olmayıb. Kiminsə şikayəti olsa, hüquq-mühafizə orqanlarına şikayət edə bilər. İcra hakimiyyəti kiminsə şəxsi həyatına qarışmaq ixtiyarı yoxdur".