İsmayıllı sakini özünü güllələdi
16 Yanvar 2014 22:29 (UTC+04:00)
İsmayıllı rayon sakini ov tüfəngi ilə özünü güllələyib. APA-nın
məlumatına görə, hadisə bu gün rayonun Topçu kəndində baş verib.
Kənd sakini, 1985-ci il təvəllüdlü Hüseynov İlkin Malik oğlu ov
etmək üçün dostu ilə birgə meşəyə gedib. Meşədə ehtiyatsızlıq
ucbatından baş vermiş hadisə nəticəsində o, qarın boşluğundan odlu
silah yarası alıb. İsmayıllı rayon Mərkəzi Xəstəxanasına
gətirilərək cərrahiyyə şöbəsinə yerləşdirilən İlkin Hüseynovun
sözlərinə görə, o, meşədə ov edərkən ayaqları ağac kötüyünə ilişib.
Yerə yıxılan zaman İ.Hüseynov üzərindəki tüfəngdən qəflətən açılan
atəş nəticəsində xəsarət alıb. Faktla bağlı İsmayıllı rayon
Prokurorluğu tərəfindən araşdırma aparılır.