Cərimələrin ödənilməsi ilə bağlı daha bir elektron xidmət
17 Yanvar 2014 09:54 (UTC+04:00)
Dövlət Statistika Komitəsinin "Elektron hökumət"
portalı vasitəsilə vətəndaşların istifadəsinə təqdim etdiyi
xidmətlərin siyahısında "Protokol nömrəsinə görə məlumatların
(Protokol və Akt) əldə edilməsi və cərimənin ödənilməsi" adlı
xidməti var. Bu xidmət "Protokol nömrəsinə görə məlumatların
(Protokol və Akt) əldə edilməsi və cərimənin ödənilməsi" adlanır.
Lazımi informasiyanı əldə etmək və cəriməni ödəmək üçün
vətəndaşlardan Komitə tərəfindən təqdim olunan ərizə formasını
doldurmaq tələb olunur. Ərizənin ümumi detallarına protokolun
nömrəsi, vətəndaşın adı və soyadı, iş yeri, vəzifəsi, ünvanı,
telefon nömrəsi, elektron poçt ünvanı, poçt indeksinin yazılması
daxildir. Burada həmçinin ödənişin növü və məbləğın göstərilməsi də
tələb olunur. Ödənişin növü VISA Electron, VISA, MasterCard və
Maestro plastik kartları ilə həyata keçirilir.