Paytaxtda dəhşətli qətl-arvadını və gəlinini öldürdü

17 Yanvar 2014 10:10 (UTC+04:00)

Bakı Apelyasiya Məhkəməsində arvadını və gəlinini öldürməkdə təqsirləndirilən 1958-ci il təvəllüdlü Valeh Bayramovun apelyasiya şikayətinə baxılıb. Teleqraf.com-un xəbərinə görə, Şüvəlan qəsəbə sakini Valeh Vaqif oğlu Bayramov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1964-cü il təvəllüdlü Gülnarə Mürsəl qızı Bayramovanı və gəlini, 1989-cu il təvəllüdlü Sahilə Akif qızı Bayramovanı bıçaqlayaraq öldürüb. O, ilkin ifadəsində hadisəni ailə münaqişəsi zəmində törətdiyini deyib. İşsiz olan 55 yaşlı kişi bildirib ki, həyat yoldaşı onu saymadığı üçün bu əməli törədib.