Məşhur film ekranlara qayıdır

17 Yanvar 2014 11:03 (UTC+04:00)

"Hollywood"un məşhur aktyoru Conni Depp "Karib dənizinin quldurları" filminin 5-ci hissəsində çəkiləcək. Mövqe.az xarici KİV-ə istinadən bildirir ki, aktyor artıq filmin rejissorları olan Xoakin Ronninq və Espen Sendberqnən müqavilə imzalayıb. Film Puerto-Riko şəhərində çəkiləcək. Filmin aktyor heyətinə, Cefri Raş, Kit Riçards daxildir. Məşhur aktrisa Penelopa Kruz da filmdə çəkilmək üçün təklif alıb, lakin hələ rejissorlara dəqiq cavab verməyib. Qeyd edək ki, film ekranlarda 2016-ci ildə yayımlanacaq .