Həkimlər Prezident və sevgilisini ayırdı

17 Yanvar 2014 11:53 (UTC+04:00)

Həkimlər Prezident Hollandeni sevgilisi Valerie Trierveileri xəstəxanada ziyarət etməyə icazə verməyib. Bu haqda Movqe.Az "The Guardian"a istinadən xəbər verir. Lakin Fransanın birinci xanımı öz sakitliyini pozaraq prezidentin onu görmək üçün  şokolad və güllərlə gəldiyini radioya verdiyi şərhdə bildirib. Trierveiler xəstəxanaya bir həftə əvvəl, Hollandenin aktrisa Qayet ilə olan münasibətini "closer" jurnalından öyrəndikdən sonra səhhətində problem yaşamış və xəstəxanaya aparılmışdı.

"RTL" isə bildirib ki, "François Hollande hələ də onu xəstəxanada ziyarət etməyib, lakin Valerie Trierveiler istəmir ki, insanlar Hollandenin onu belə çətin vaxtında unutduğunu sansın. O, həkimlərin belə məsləhət gördüyünü deyib." Jurnal bildirb ki, "xanım Trirveiler yaxşıdı, lakin xəstəxanadan çıxacaq qədər yaxşı deyil".

Prezidentlə eşq yaşadığı iddia edilən Culi Qayet isə, "Closer" jurnalını şəxsi həyatına müdaxilə etdiyi üçün məhkəməyə verməyə hazırlaşır. O, 50.000 avro tələb edib.