Ebru Gündeş işində ehtiyatlı olmağa çalışır

3 İyun 2012 15:02 (UTC+04:00)

Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Ebru Gündeş 13-cü musiqi albomunu hazırlayıb. İyunun 6-da albomunun çaxarılacağını gözləyən E.Gündeş, son albomuna "13" adını vermək istəyirdi. Ancaq 13 rəqəminin uğursuzluğundan qorxan müğənni, albomunu "13.5" adıyla çıxarmağa qərar verib.


E.Gündeş, alboma daxil olan mahnılar arasında Aysel Gürel, Onno Tunç, Sezen Aksu kimi bəstəkarların mahnılarına müraciət etdiyini söyləyib.


"Çox böyük həyəcan içindəyəm. 11 mahnımız çox yaxında dinleyicilərin ixtiyarına veriləcək", E.Gündəş deyib.

Fuad Mədətov

Movqe.Az